Qanunsuz ovla məşğul olan şəxslərdən odlu silah götürülüb

15:51 14.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ovla məşğul olan Şəhadət kənd sakini R.Hacıyevdən müvafiq sənədləri olan “İJ-54” markalı tüfəng, 13 patron, 5 giliz, Göyçay şəhər sakini İ.Məlikovdan isə “Sent-Tite” markalı tüfəng, 10 patron, 1 giliz və 2 quş götürülüb.

DİN-in mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, R.Hacıyev və İ.Məlikov barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açdığına görə saxladıqları G.Yolçuyevin yaşadığı evə baxış zamanı nömrəsi silinmiş “İJ-43” markalı tüfəng aşkarlanaraq götürülüb.