Qanunsuz silah gəzdirən keçmiş məhkum tutulub

15:24 06.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qanunsuz silah gəzdirən keçmiş məhkum tutulub.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş X.Axundov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Naqan” markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.