Qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ

13:42 07.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Hafta.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Cənub-qərb küləyi əsəcək. Yarımadada gecə 5-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Rayonlarda əsasən yağmursuz hava şəraiti olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-4° isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbərdarlığa əsasən, dekabrın 8-9-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi dekabrın 9-da arabir güclənəcək.

Rayonlarda dekabrın 8-də axşam, 9-da əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 09-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Dağlıq rayonlarda gecə saatlarında yolların buz bağlama ehtimalı var.