Qar yağdı, binanın dam örtüyü çökdü: 19 ölü

14:25 13.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın bir çox əyalətinə güclü qar və leysan yağışları yağıb.

TASS xəbər verir ki, bir neçə binada dam örtüyünün çökməsi azı 19 nəfərin həyatına son qoyub.

Hərat, Hilmənd və Qəndəhar əyalətlərində pis hava nəticəsində baş verən hadisələr zamanı daha 17 nəfər yaralanıb.