“Qara dul qadın” filminin premyerası təxirə salınıb

11:59 24.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amerikanın “Walt Disney” film şirkəti rejissor Keyt Şortlandın ekranlaşdırdığı “Qara dul qadın” (Black Widow) filminin premyerasını təxirə salıb.

Hafta.az TASS agentliyinə istinadla xəbər verir ki, filmin premyerası 2021-ci il mayın 7-nə nəzərdə tutulub.

Marvel komikslərin əsasında çəkilən filmindəki Nataşa Romanoff rolunu Skarlet Yoxansson canlandırıb. Aktyor heyətinə, həmçinin Devid Xarbor, Florens Pyu və Reyçel Vays daxildir.

Qeyd edək ki, filmin ilk nümayişi bundan öncə 2020-ci il noyabrın 6-na təyin olunmuşdu.

Oxunma sayı 1940
Mədəniyyət rubrikasından digər xəbərlər