Qarabağ həqiqətləri nüfuzlu beynəlxalq jurnallarda

18:28 12.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bakı Slavyan Universitetinin (BSU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, 1988-1989-cu illərdə Şuşa rayon polis idarəsinin rəisi, 1989-1991-ci illərdə isə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini kimi çalışmış, ehtiyatda olan polkovnik Sadir Məmmədovun Azərbaycan həqiqətlərini Avropa ictimaiyyətinə çatdırmaq məqsədilə Dağlıq Qarabağ məsələlərinə həsr etdiyi məqlələri Polşa, Venesuela və Cənubi Koreyanın qabaqcıl jurnallarında dərc olunub.

Hafta.az-ın xəbərinə görə, Sadir Məmmədovun “Beynəlxalq hüquq və Dağlıq Qarabağ müharibəsi: siyasi aspektlərə münasibət” adlı məqaləsi Polşanın “Polona” jurnalının 385-ci nömrəsində işıq üzü görüb. Müəllifin “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və müasir dövrdə təhlükəsizlik arxitekturasına yeni təhdidlər: çağırışlar və cavablar” adlı məqaləsi Polşanın “Nowa Polityka Wschodnia” jurnalında, Cənubi Koreyanın İnha Universitetinin “Multikulturalizm və təhsil” jurnalında, Venesuela Respublikasının “Universidad del Zulian” nəşriyyatının çap etdiyi və “Skopus” seriyasından olan “Opsion” jurnalının 87-ci sayında da dərc olunub. On yeddi səhifəlik məqalədə beynəlxalq təhlükəsizliyə yönələn təhdidlər və transsərhəd təhlükələri tədqiq edilib. Müəllif öz fikir və düşüncələrini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi prizmasından araşdırıb, sözügedən münaqişənin ədalətli həllinin, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının dünyada baş verə biləcək təhlükələrin qarşısının alınmasında mühüm rol oynaya biləcəyini qeyd edib.

Sadir Məmmədovun “Universidad del Zulian” nəşriyyatının çap etdiyi və “Skopus” seriyasından olan “Opsion” jurnalının son buraxılışında “Müasir dövrdə beynəlxalq təhlükəsizlik arxitekturasına yeni təhdidlər” adlı ikinci məqaləsi dərc olunub.

Hər üç məqalənin nüfuzlu beynəlxalq jurnallarda dərc olunması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni işğalçı və terrorçuluğunun ifşası baxımından xüsusilə əhəmiyyətlidir və bütövlükdə ölkəmizin uğuru hesab edilə bilər.

Sosial rubrikasından digər xəbərlər