“Qarabağ” məğlub oldu

22:34 13.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilir.
 
Hafta.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da qitənin ən nüfuzlu klub turnirində bu gün növbəti matçına çıxıb.
 
Qurban Qurbanovun çalışdırdığı kollektiv doğma meydanda Kipr APOEL-i ilə üz-üzə gəlib. Ağdam klubuna bir həftə öncə səfərdə 2:1 hesabıyla qalib gəldiyi Nikosiya təmsilçisini mübarizədən kənarlaşdırmaq üçün hətta heç-heçə də bəs edirdi. Amma təəssüf ki, Azərbaycan çempionu doğma meydanda heç kimin gözləmədiyi halda 2 cavabsız qolla uduzmaqla ÇL-də mübarizəni dayandırmaq məcburiyyətində qalıb.
 
Qeyd edək ki, “Qarabağ” Kipr təmsilçisini mübarizədən kənarlaşdırsaydı, pley-off mərhələsində PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaqdı. Bu komandalar arasındakı ilk oyunda 2:2 hesabı qeydə alınmışdı. Amma Ağdam təmsilçisi mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirməlidi. Komandamız bu turnirin qrup mərhələsinə vəsiqə qazanmaq üçün "Sutyeska" (Monteneqro) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu kollektivlərin ilk duelində "Linfild" 2:1 qalib gəlib.
 
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
13 avqust
 
"Qarabağ" – APOEL 0:2
Qol: De Vinsenti, 34-pen. U.Matiç, 68.
Qırmızı vərəqə: R.Almeyda, 90+4.
Hakimlər: Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:1.