“Qarabağ məsələsi ilə bağlı İspaniyanın Baş nazirinə müraciət etmişik” – Vahid İmanov

10:35 21.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Məlumat üçün deyim ki, İspaniya dövləti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ölkə əhalisi arasında da münasibət birmənalı deyil. Bizim haqq səsimizi dəstəkləyənlər var, buna qarşı çıxıb ermənini müdafiə edənlər də az deyil. Bütün bunlar ondan irəli gəlir ki, İspaniyada diplomatic təbliğat baxımından hələ çox işlər görməliyik”.

Bunu Hafta.az-a açıqlamasında İspaniyada fəaliyyət göstərən İspaniya Azərbaycanlıları Birliyinin (AAEE) sədri , Qərbi Azərbaycan İctimai Birliyinin İspaniyada səlahiyyətli nümayəndəsi Vahid İmanov deyib. Müsahibimiz qeyd edir ki, İspaniya dövləti və hökuməti Azərbaycanın ərazi bütövlüyünə dəstək versə də, bu ölkədə fəaliyyət göstərən bəzi siyasi partiyalar və bölgələr erməni diasporunun ciddi təsiri altındadırlar. Elə bunun nəticəsidir ki, onlar Dağlıq Qarabağda fəaliyyət göstərən qondarma rejimi dəstəkləyirlər. Məsələn, Kataloniya və Pais Vaskon ermənilərə rəğbət göstərən bölgələrdəndir. Amma ispan cəmiyyətinin sadə təbəqəsi, xüsusən də tarixı həqiqətləri bilənlər birmənalı şəkildə azərbaycanın yanındadırlar.

“Azərbaycan diasporu olaraq ilk dəfə ispaniya Xarici İşlər Nazirliyinə və Bas nazirinə bəyanatla müraciət etmişik. İnsanlar arasında haqq səsimizin eşidilməsinə və Qarabağ həqiqətlərini ölkə ictimaiyyəti arasında yaymağa çalışırıq. İspaniya Azərbaycanlıları Birliyi olaraq dünyanın iyirmidən çox təşkilatına yazılı bəyanatlar göndərmişik və bir neçəsindən cavab da almışıq. Başqa ölkelərdəki diaspor teşkilatları ilə də mütəmadi şəkildə əlaqə saxlayırıq” deyir V.İmanov.

Oxunma sayı 2425
Siyasət rubrikasından digər xəbərlər