“Qarabağ problemi qanayan yaradır“

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həlli istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Bu fikirləri Rusiya Dövlət Dumasının üzvü, beynəlxalq əlaqələr komitəsinin təmsilçisi Leonid Slutski səsləndirib. Onun sözlərinə görə, Qarabağ problemi bölgənin qanayan yarasıdır və o tezliklə həllini tapmalıdır: “Lakin bu cür münaqişələri ehtiyatla həll etmək lazımdır. Bu səbəbdən Rusiya qonşu və regional böyük güc kimi bu istiqamətdə səylərini davam etdirəcək. Rusiyanın Azərbaycanla münasibətləri Qafqaz və Xəzər hövzəsində sabitliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Geosiyasi baxımdan da bu münasibətlər böyük əhəmiyyət kəsb edir“.
Azad
Oxunma sayı 131