Qarabağda erməni əsgər ölüb

13:45 28.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün işğal altında olan Dağlıq Qarabağda Ermənistan ordusunun bir əsgəri (1999-cu il təvəllüdlü) Arman Armenoviç Levonyan ölümcül yaralanıb.

Virtualaz.org erməni KİV-nə istinadən bildirir ki, əsgərin sentyabrın 28-də saat 06: 50-də hərbi hissələrdən birinin təhlükəsizlik zonasında naməlum şəraitdə öldüyü qeyd olunur.

Hadisənin təfərrüatlarını öyrənmək üçün araşdırma aparılır.