“Qarabağ”dan darmadağın, “Keşlə”dən qələbə

22:59 25.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyunları keçirilir.
 
Hafta.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
Öncə paytaxt təmsilçilərinin duelində “Sabah” “Keşlə”ni qəbul edib. Bu qarşılaşmada qonaq komanda minimal hesabla üstün olub.
 
Avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ” isə ilk ev oyununda “Qəbələ” ilə üz-üzə gəlib. Qurban Qurbanovun komandası meydanı böyük hesablı qələbə ilə tərk edib.
 
Tura bazar ertəsi paytaxt derbisi ilə yekun vurulacaq. “Zirə” və “Neftçi” mövsümdə ilk qələbələrini qazanmaq üçün mübarizə aparacaqlar.
 
Azərbaycan Premyer Liqası
II tur
 
“Sabah” – “Keşlə” 0:1
Qol: V..İsgəndərli, 45+1.
Qırmızı vərəqə: S.M.Kolli, 73 (ikinci sarı).
 
“Qarabağ” – “Qəbələ” 3:0
Qollar: R.Almeyda, 61-pen. M.Qeye, 63. A.Zubir, 79.
“Azərsun Arena”. Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Əliyar Ağaye