“Qarabağnamə” Göyçay Gənclər Mərkəzində təqdim olundu

18:56 18.10.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Göyçay rayonunun Gənclər Mərkəzində  tanınmış pedaqoq-şair Şəmsiyyə Qaramanlının “Qarabağanamə” kitabının təqdimatı keçirilib. Tədbirı Mərkəzin əməkdaşı Gülşən Muradova açıb. Bildirib ki, belə bir tədbir 18 oktyabr – Müstəqillik Günü ərəfəsinə təsadüf edilir. Belə əhəmiyyətli bayramöncəsi məhz Qarabağa həsr olunmuş kitabın təqdimatı həm xoşagələn,həm də məsuliyyətli andır.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin nümayəndələri, Təhsil Şöbəsinin əməkdaşları, Şəmsiyyə Qaramanlının çalışdığı Hacı Rəfim Əfəndi adına Qaraman kənd tam orta məktəbinin pedaqoji kollektivi, Göyçay ədəbi mühitinin nümayəndələri iştirak ediblər.

İlk olaraq Rayon İcra Hakimiyyəti başçısının müavini  Rəşad Şükürov Şəmsiyyə Qaramanlının pedaqoji fəaliyyətindən, qazandığı ugurlardan  danışıb.Qeyd edib ki, biz bu gün Şəmsiyyə xanımı başqa yanaşmadan kəşf etdik. Təhsil Şöbəsinin metodisti, şair-tənqidçi, AYB-nin üzvü Əkbər Əlioğlu müəllifin şeirlərindən, mövzu və bədii xüsusiyyətlərindən söz açıb. “Qarabağanamə”,  “Elgiya”, “Mənim yolum” şeirlərini xüsusi vurğulayıb. “Nərgiz gözlüm” şeirinin bədii cəhətdən özünəməxsusluğunu ayrıca qeyd edib. Qaraman kənd orta məktəbinin direktotu Məlahət İsmayılova Şəmsiyyə xanımın müəllim kimi malik olduğu keyfiyyətlərdən,
 uğurlarından danışaraq vurğulayıb ki, mətbuatda dərc olunmuş  şeirlərini, bugünkü kitab təqdimatıni həm də pedaqoji kollektivin uğuru hesab edilir.

Əməkdar müəlliim, şair Adil Məmmədli kitab haqqında şəxsi qənaətlərini ifadə edərək göstərib ki, adətən, kitabın adından müəllifinin qadın, ya kişi olduğu tez gözə çarpır. Amma bu dəfə müəllifin adı çəkilməsə, hamı onun kişi olduğunu güman edərdi.
Şair-jurnalist, Qarabağ veteranı Əlisəftər Hüseynov çıxışında müəllifi təbrik edərək, ona davamlı uğurlar diləyib. Arzulayıb ki, Qarabağ  azad olunduqdan sonra Şəmsiyyə xanımın “Zəfərnamə”kitabının təqdimatı Qarabağda keçirilsin.
 AYB-nin, AJB-nin üzvü  şair Aqil Kəngərli da təbrikə qoşulub, müəlifin uğurlu şeirlərindən danışıb, kitabın uğurlu ad seçiminin müəllifin vətənpərvərliyindən irəli gəldiyini qeyd edib. Gənclər Mərkəzinin direktoru Anar Nağıyev  çıxışında müəllifi təbrik edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Qeyd edib ki, Mərkəzdə ilk olaraq məhz Şəmsiyyə Qaramanlının kitab təqdimatı keçirildiyi üçün o, Mərkəzin fəxri üzvü seçılib.
Sonda müəllifə söz verilib. Şəmsiyyə Qaramanlı göstərilən diqqət üçün qonaqlara, mərkəzin rəhbərliyinə  təşəkkür edib, kitaba daxil olmayan yeni şeirlətini səsləndirilib.
Tədbirdə Qaramankənd orta məktəbinin sagirdlərindən Məhəmməd, Sara, Nurlan, mərkəzdə fəaliyyət göstərən dərnəyin üzvlərindən Şəbnəm, İlyas müəllifin şeirlərini səsləndiriblər.  

Tədbir rəqs dərnəyinin üzvlərinin ifasında milli rəqslərimizlə başa çatıb.