Qaraçuxur Məscidində qanvermə aksiyası  keçirildi - FOTO

15:47 10.09.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Aşura günü ilə əlaqədar olaraq paytaxtın bir sıra məscidlərində olduğu kimi Suraxanı Rayonu Qaraçuxur qəsəbə Məscidində qanvermə aksiyası keçirilirdi.

Bu il də, Allah evində qanvermə aksiyası yüksək səviyyədə təşkil olunub. İnsanlar böyük axınla məscidin həyətindəki xüsusi ayrılmış yerdə növbə ilə otağa daxil olub qan verib gedirdilər.  

Qan verilən zala daxil olduq. Donorlar əvvəlcə şəxsiyyət vəsiqələrini təqdim edib qeydiyyata düşür, sonra həkim müayinəsindən keçirdilər. Xəstə adamlardan qan götürülmürdü.

Mərkəzi Qanköçürmə Bankının səyyar briqadasının rəhbəri həkim-terapevt Günel Əliyeva aksiya ilə bağlı”Həftə içi”nə məlumat verdi. Bildirdi ki, briqadamızın tərkibi həkim Tahirə Şahgəldiyeva, Vüsalə Nəsibova, Aygün Babayeva, tibb bacıları Arzu Vəliyeva, Gülxanım Əfşahı və Əminə Babayevadan ibarətdir:

”Laboratoriyamız lazım olan tibb avadanlıqlar və dərman peraparatları ilə təchiz olunub. Eləcə də Qaraçuxur Qəsəbəsində fəaliyyət göstərən 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının bir qrup həkimləri də bizə köməklik göstərirlər. Qan verməyə gələn insanlar ilkin həkim müayinəsi və laboratoriya testindən keçirlər. Onların təzyiqi ölçülür, laboratoriyada  qanlarının analizləri aparılır. Qanda  homoqlobinin qrupu, rezusfaktorlar müəyyənləşdirilir. Əgər donor qanverməyə yararlıdırsa, donorluğa icazə verilir”.

Məscidin Axundu Mir İlyas Nəzərov bildirdi ki, Aşura məclisi səhər saat 9:00-da “Qurani Kərim”in ayələri ilə başladı. Onun sözlərinə görə saat 12-də qətl sındı: ”Şəhidliyin yüksək bir zirvədə olduğunu məclis iştirakçılarına çatdırdıq. Həmçinin Azərbaycan şəhidləri barəsində də məlumat verib bildirdik ki,biz vətənimizin şəhidlərinə borcluyuq. Həm onların ruhuna, həm də Qarabağın, işğal altında olan torpaqlarımızın tezliklə azad edilməsi üçün dualar oxuyuruq”.

Qeyd edək ki, keçirilən aksiyada saat 15:10 radələrinə kimi 400-ə yaxın adam qan verib. Aksiya axşama kimi davam edəcək.

 

Sosial rubrikasından digər xəbərlər