Qaradağ RİH-də Məhərrəmlik ayı ilə bağlı tədbir keçirilib

17:27 20.08.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ Rayon İcra Hakimiyyətində məhərrəmlik ayı ərəfəsində müşavirə keçirilib.

Hafta.az yazır ki, müşavirədə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, müavin Nadir Muradov, Aparatın İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, həmin şöbənin müdir müavini Yusif Nəsibov, Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsi Bakı şəhər şöbəsinin müdiri A.Kazımov, rayonun Lökbatan, Sahil, Müşviqabad, Qızıldaş və Ümid qəsəbə məscidlərinin imamları, dini icma rəhbərləri iştirak ediblər.

İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov məhərrəm ayı ərəfəsində məscidlərdəki dini durumdan danışıb və keçiriləcək mərasimlərin tələb olunan qaydalara uyğun aparılması barədə tövsiyələrini bildirib.

Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsi Bakı şəhər şöbəsinin müdiri A.Kazımov çıxışında dövlət-din münasibətlərinə toxunmuş, aparılacaq maarifləndirici işlərə istiqamət verib.

İcra hakimiyyəti başçısının müavini Nadir Muradov məhərrəmlik ayında Qaradağ rayonunda məscidlərdə dini mərasimlərin layiqincə yerinə yetirilməsi barədə görüləcək işlər haqqında məlumat verib.

Müşavirədə çıxış edən digər natiqlər keçiriləcək tədbirlər zamanı imamların üzərinə düşən vəzifələrdən söz açıb, görüləcək işlərin yüksək səviyyədə təşkil ediləcəyini nəzərə çatdırıblar.

Müşavirəni yekun sözü ilə bağlayan İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov ayboyu görüləcək tədbirlərdə maksimum məsuliyyətli və ciddi olmalarını tövsiyə edib.