Qaradağ rayonunda Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib

11:30 12.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.

Hafta.az yazır ki, mərasimdə Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Şura üzvləri və rayon ictimaiyyəti iştirak edib.

Öncə Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov və Şura üzvləri abidə önünə gül dəstələri qoydular. Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri Ümummilli liderin abidəsini ziyarət edərək ehtiramlarını bildiriblər.

Daha sonra rayonun bütün qəsəbələrində Ulu öndərin ruhuna dualar oxunub, ehsan süfrələri açılıb.

Oxunma sayı 67