Qaradağda 2 mərtəbəli ev yanıb

17:10 02.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Qaradağ rayonunda ümumi sahəsi 390 kv.m olan 2 mərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, evin dam örtüyünün taxta atmaları 195 kv.m sahədə, 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və içərisindəki əşyalar 28 kv.m sahədə yanıb.

Yüksək temperaturdan evin mətbəxinin lambirindən ibarət tavanı 16 kv.m sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.