Qasırğa qopdu: hava limanı yoxa çıxdı

15:54 04.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Karib dənizində qopan Dorion qasırğası Baham adalarında əsl cəhənnəm ab-havası yaradıb.

Hafta.az reutersə istinadla bildirir ki, qasırğa nəticəsində otellər və evlər su altında qalıb. Gəmilərin bir çoxu, eləcə də hava limanı “yoxa çıxıb”. Belə ki, havadan helikopterlərlə çəkilən şəkillərdə hava limanının da yerləşdiyi quru ərazinin bir çox hissəsi su və dağıntılar altında qaldığı görünür.

Hadisələrin episentrində olan Abako adasına yüz milyard dollardan çox ziyan dəydiyi bildirilir. Evlərin daşının daş üstündə qalmadığı, nəhəng gəmilərin ağzı üstə çevrildiyi vurğulanır. Yüzlərlə yaşayış və iaşə obyektlərinin, göydələnlərin xarabalığa  çevrildiyi deyilir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, təkcə Abako adasında 13 min ev tamamilə dağılıb. 89 sm hündürlüyə qalxan sel suları insanların evakuasiyası zamanı xilasedicilərə çətin anlar yaşadıb.

Ölkə prezidenti Hubert Minnis baş verən hadisəni Baham adaları tarixinin ən böyük faciəsi adlandırıb.