Qaxda avtomobil piyadanı vurub

21:10 13.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hafta.az "Report"-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.

Rayonun Qaxingiloy kənd sakini, 34 yaşlı Valeri Rastyaşvili minik avtomobili tərəfindən vurulub. Müxtəlif dərəcəli xəsarətlər alan V.Rastyaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.