Qayğımıza qaldığınıza görə Sizə təşəkkür edirik - Sakinlər Prezidentə yazır

14:26 02.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Hörmətli cənab Prezident.

Hazırda dünyamız böyük çətinliklə üzləşmişdir. Bütün dünya ölkələri COVID-19 pandemiyası ilə mübarizə aparırlar. Bir çox ölkələrdə vəziyyət çox acınacaqlı olduğu halda, Azərbaycan vətəndaşı nisbətən rahat yaşayır.

Sağlamlığımızı düşündüyünüzə, qayğımıza qaldığınıza görə Sizə təşəkkür edirik. Bir Azərbaycan vətəndaşı kimi daim Sizin siyasətinizi və apardığınız islahatları dəstəkləyirik və Sizinlə qürur duyuruq.

Allahdan Sizə uzun və sağlam ömür arzulayırıq.

Hörmətlə,

Sarıyev Rüfət Hafiz oğlu

Azərbaycan Respublikası, Yardımlı rayonu, Qabaqdibi kəndi”.

 

“Möhtərəm cənab Prezident.

Mən Təbiət elmləri təmayüllü gimnaziyanın 6-cı sinif şagirdiyəm. Hazırda dünyanı sarsıdan koronavirus bəlası Azərbaycanda da yayılmışdır.

Hörmətli Prezidentim, Sizin uzaqgörənliyiniz sayəsində bu bəla ölkəmizdən minimum səviyyəyə endirildi. Əhalinin sağlamlığı qorunması və xalqımızın bu bəladan daha az itkilərlə qurtulması istiqamətində mühüm işlərinizə görə sinfimizin şagirdləri adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Mahmudlu Kənan Tofiq oğlu

Azərbaycan Respublikası, Sumqayıt şəhəri”.

“Hörmətli cənab Prezident.

Allah ulu öndərimiz Heydər Əliyevə rəhmət eləsin. 1993-cü ildə xalqımızı böyük bəladan xilas etdi. Siz Ulu Öndərin yolunu layiqincə davam etdirirsiniz. Pandemiya dövrü bunu bir daha sübut etdi. Sizin müdrik qərarlarınız və məqsədyönlü addımlarınız sayəsində xalqımızın koronavirusdan müdafiəsi etibarlı şəkildə təmin olunmaqdadır.

Biz xalq olaraq, keçmişi də görmüşük, bu günü də görürük. Əlbəttə ki, fərq çox böyükdür. Ölkəmizdə 1990-cı illərin əvvəllərində hökm sürən xaosu, özbaşınalığı, aclığı indi tərəqqi, inkişaf, yüksək rifah əvəzləyib.

Cənab Prezident, Siz xalqa arxa-dayaq olduğunuz kimi, xalqımız da hər zaman Sizinlədir. Sizin dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.

Hörmətlə,

Dədəkişiyev Rəmzi

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu”.

“Hörmətli cənab Prezident.

Mən bir Azərbaycan vətəndaşı, gənc nəslin nümayəndəsi və dövlət qulluqçusu kimi bu məktubu Sizə böyük qürur hissi və sevgi ilə yazıram. Azərbaycan gənci kimi dünyada, eləcə də, Azərbaycanda gedən prosesləri yaxından izləyirəm. Fəaliyyətinizi, Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndirirəm. Hələ koronavirus infeksiyasının dünyanı bürümədiyi vaxtdan ölkəmizdə Sizin tərəfinizdən çox ciddi, davamlı və təsirli tədbirlər həyata keçirildi. Azərbaycan dövlətinin atdığı addımlar dünyanın bir çox inkişaf etmiş ölkələri üçün nümunə oldu. Sizin bütün qərarlarınızla həmrəyik. Hamımız inanırıq ki, bu qərarlar bizi bu bəladan minimum zərərlə qurtaracaq. Biz hər zaman, eləcə də, pandemiya dövründə Sizin dəstəyinizi öz üzərimizdə hiss edirik. Biz Sizi və fəaliyyətinizi dəstəkləyir və Sizə güvənirik. Xoşbəxt xalqıq ki, ölkəmizin Sizin kimi Prezidenti var. Sizə minnətdarıq, cənab Prezident.

Hörmətlə,

Rahmanova Şəmsiyyə

İmişli rayon Yuxarı Qaralar kənd sakini”.

Oxunma sayı 1789
Siyasət rubrikasından digər xəbərlər