“Münaqişələrin həllinə töhfəmiz regional əməkdaşlığı daha da gücləndirməkdir“

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Bizim töhfəmiz bu ola bilər ki, Cənubi Qafqaz bölgəsini daha cəlbedici bir regiona çevirə bilək“. Bunu GUAM PA-nın baş katibi Valeri Çeçelaşvili mətbuata açıqlamasında bildirdi. Baş katib dedi ki, onlar GUAM PA və Baltikyanı Assambleya olaraq Cənubi Qafqazdakı münaqişələrə müəyyən dərəcədə öz töhfələrini verə bilərlər: “Bu töhfə ilk öncə bundan ibarət ola bilər ki, biz bu iki təşkilat arasında regional əməkdaşlığı daha da gücləndirəcək. İkinci töhfəmiz ondan ibarət ola bilər ki, Cənubi Qafqaz bölgəsini daha cəlbedici bir regiona çevirə bilək“. Baş katib bu təklifləri belə izah etdi ki, ticarət, nəqliyyat sahəsində və digər sahələrdə sərmayələr, investisayalar cəlb etməklə beynəlxalq birliyin, beynəlxalq ictimaiyyətin bu regiona daha çox diqqət ayırmasına nail olunmalıdı: “ Biz bu yolla Cənubi Qafqazdakı münaqişələrin həllinə öz töhfəmizi vermiş olarıq“.
Nahid Canbaxışlı