Qazaxda 12 yaşlı oğlanı maşın vurub öldürdü 

16:10 15.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazax rayonunda azyaşlı piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hafta.az trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində baş verib.

Rayonun Çaylı kənd sakini Qocayev Etibar Rəşid oğlu idarə etdiyi "VAZ 21154" markalı 20-DU-445 dövlət nömrə nişanlı avtomobillə Daş Salahlı kənd sakini, 2007-ci il təvəllüdlü Aqrayev Məhəmməd Vüqar oğlunu vurub.

Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

 

Faktla bağlı cinayət işi başlanıb.