Qazaxıstan hərbçisi bədbəxt hadisə nəticəsində həyatını itirib

12:05 24.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Kapşaqay rayonu yaxınlığında bədbəxt hadisə baş verib. 

Hafta.az bu ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Kapşaqayın cənub-qərbində hərbçilər Mi-17 helikopterindən tullanmaqla paraşüt hazırlığı təlimləri keçiblər. Qazaxıstan ordusunun polkovniki Aldınqurov təxminən 200-250 metr yüksəklikdən tullanan zaman paraşütünü açmaq istəyib. Əsas paraşütün açılmadığını görən hərbçi ehtiyat paraşütdən istifadə etmək qərarına gəlib. Lakin onun bütün cəhdləri uğursuzluqla nəticələnib və hərbçi yerə düşərək həyatını itirib. Nazirliyin yaydığı məlumatda paraşüt hazırlığı təlimlərinin döyüş hazırlığı planına uyğun olaraq keçirildiyi bildirilib. Qeyd edək ki, Aldınqurov xidməti dövründə çətin, hündür, gündüz və gecə şəraitində paraşütlə 100-dən çox uğurlu tullanma həyata keçirib. Hazırda hadisənin səbəbləri araşdırılır. Hərbi qulluqçunun ölümü ilə bağlı Cinayət Məcəlləsinin 453-cü maddəsinin 2-ci hissəsinin "Xidmətdə ağır nəticələrə gətirib çıxara biləcək səhlənkar münasibət" maddəsi ilə cinayət işi başlanıb.