Qazaxıstan ilə Rusiya 40 milyon dollarlıq sazişlər imzalayıblar

19:30 07.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan-Rusiya XVI Regionlararası Əməkdaşlıq Forumunun birinci günü 40 milyon dollarlıq sazişlər imzalanıb.

Qazaxıstanın Ticarət və İnteqrasiya naziri Baxıt Sultanov Omskda keçirilən Qazaxıstan-Rusiya Regionlararası Əməkdaşlıq Forumunun birinci günü barədə məlumat verib.

Qazaxıstan naziri bildirib ki, forumun birinci günü ümumi məbləği 40 milyon dollar olan sazişlər imzalanıb. Belə biznes-forumlar, birbaşa əlaqələr sahibkarlar üçün əlavə imkanlar yaradır.

B.Sultanov sahibkarları kooperasiya əlaqələri qurmağa dəvət edərək vurğulayıb ki, Çin bazarının açıldığı, Mərkəzi Asiyanın inkişaf etdiyi vaxtda belə əlaqələr yaratmaq xüsusilə əhəmiyyətlidir.

B.Sultanov qeyd edib ki, regionlararası forumların keçirildiyi 16 il ərzində Qazaxıstan ilə Rusiya arasında əmtəə dövriyyəsi 3,5 dəfə artıb. Lakin ixracın əsasını xammal təşkil edib. Qazaxıstan qarşısında ixracda emal məhsulunun payını artırmaq vəzifəsi durur.