Qazaxıstanda sutka ərzində 2-ci dəfə zəlzələ olub

11:40 18.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın cənub-şərqində Almatı vilayətində yerli vaxtla saat 9:12-də 4,9 maqnituda gücündə zəlzələ baş verib. 

Hafta.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin seysmoloji təcrübə-metodik mərkəzi məlumat yayıb.

Daha əvvəl Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsi həmin regionda, Almatıdan 145 kilometr şimal-şərqdə saat 05:07-də 5,4 bal gücündə zəlzələ olduğu barədə məlumat verib. Jarkent şəhərində yeraltı təkan МSК-64 şkalası üzrə 5 bal gücündə, Taldıkurqan və Satı qəsəbəsində 2-3 bal gücündə hiss edilib. Zərərçəkənlər və dağıntı barədə məlumat daxil olmayıb.