Qazı kəsilənlər üçün şad xəbər 

15:34 19.07.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakı və Gəncənin bəzi hissəsində qaz təchizatı dayandırılacaq.

"Azəriqaz" İstehsalat Birliyindən (İB) hafta.az-a verilən məlumata görə, bu gün paytaxtda səhər saat 10:00-dan Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsində 15000 istehlakçının qaz təchizatı dayandırılıb. İB-dən bildirilib ki, bu, əsasən N.İsmayılov prospekti, Z.Bünyadov və Ş.Kamilov küçələrini əhatə edir, təchizatın dayandrılması isə “Bakıxanov” Qaz Paylayıcı Stansiyasında aparılacaq bəzi yenidənqurma işləri ilə bağlıdır.

Bu gün həmçinin, Gəncə şəhərinin bir hissəsində, 33000 abonentin qaz təchizatı dayandırıldığı qeyd edilib. Məlumata görə, bu, “Gəncə 2” və “Avtozavod” orta təzyiqli qaz xətlərində aşkar olunan qaz sızmalarının aradan qaldırılması ilə əlaqədardır.

İB-dən bildirilib ki, abonentlərin qazla təchizatı axşam saat 18.00-dək bərpa olunacaq.