Qəbələdə darmadağın, Zirədə heç-heçə

22:30 31.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Premyer Liqasında III tura start verilib.

Hafta.az-ın məlumatına görə, bu gün turun ilk 2 oyunu keçirilib.

Açılış matçı Qəbələdə baş tutub. Mövsümə uğursuz start verən "Qəbələ", ilk oyunlarda pis təsir bağışlamayan "Keşlə"ni qəbul edib. Sənan Qurbanovun yetirmələri doğma azarkeşləri önündə ilk xallarını qazanmaq niyyətindəydi. Amma paytaxt təmsilçisi bu görüşdə 4 cavabsız qolla qalib gəlib.

Günün digər görüşü Zirə İdman Kompleksinin stadionunda baş tutub. Ötən turda "Neftçi"ni məğlubiyyətə uğradan "Zirə" ilk iki turda yeganə xalını məhz "flaqman"dan alan "Sabah"ı qəbul edib. Qarşılaşma heç-heçə yekunlaşıb.

Azərbaycan Premyer Liqası
III tur
"Qəbələ” – “Keşlə” 0:4
Qollar: S.Alxasov, 10. T.Bayramlı, 39. L.Frutos, 45+1; 90+1.
Qəbələ şəhər stadionu. 

“Zirə” – “Sabah” 1:1
Qollar: S.Norde, 88 - A.Diallo, 35.
Matçın 48-ci dəqiqəsində "Zirə"nin kapitanı Cavid Hüseynov penaltidən yararlana bilməyib (qapıçı).
Zirə İdman Kompleksinin stadionu.