Qəbələdə ev yanıb, xəsarət alan və zəhərlənən var

10:12 15.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəbələdə xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Soltannuxa kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 22 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.