Qərinədən əsrə gedən uğurlu yol - FOTO

17:45 22.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatında YAP-ın yaradılmasının 27 illliyinə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbir iştirakçıları, ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, xatirəsini birdəqiqəlik sükutla yad etdilər.

Toplantı ilk öncə YAP-ın yaranması və keçdiyi 27 ilə nəzər salan  videoçarxı izləməklə başlandı. Ulu Öndərin səsi ilə :«YAP könüllülərin partiyasıdır, bura hər kəs vicdanı ilə gəlməlidir» başlayan videoçarx tədbir iştirakçılarına kövrək və xoş hisslər yaşatdı. Yeni Azərbaycan Partiyası haqqında geniş məlumatı özündə əks etdirən   videoçarx əsası  əbədiyaşar lider Heydər Əliyev tərəfindən qoyulan və 27 illik bir dövr keçən, Qafqazın ən böyük partiyasının  dünəni, bu günü və Prezident İlham Əliyevlə birgə gələcəyə gedən yolu ilə bağlı idi. Videoçarx tədbir iştirakçılarının  ürəyincə oldu.

 Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov  siyasi həmfikirləri qarşısında çıxış edərək bildirdi ki, 700000-dən çox üzvü olan partiyanın  bir amalı var: Qüdrətli Azərbaycan! Dünya xəritəsində zərrə qədər görünən Azərbaycanın bu 27 ildə dünyanın özü qədər böyüdüyünü qeyd edən millət vəkili, Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən YAP-ın, möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə böyük uğurlara imza ataraq «Xalqın Partiyası» adını aldığını qürurla vurğuladı. YAP-ın sonuncu qurultayında birinci vitse-prezident «Mehriban Əliyevanın partiyanın sədr müavini seçilməsi azərbaycançılıq ideyasının  bütün dünyaya yayılmasında yeni bir nəfəsdir», – deyən İlham Məmmədov sözü Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevə verdi.

YAP-ın yaradılmasının 27 ili  münasibətilə öz əqidə yoldaşlarını salamlayan İcra Başçısı bildirdi ki, qüdrətli dövlətdən danışdıqda, ilk növbədə, yada müstəqil Azərbaycanın banisi Heydər Əliyev düşür. “Məhz onun düzgün müəyyənləşdirdiyi siyasətin dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu siyasi bünövrənin nə qədər sağlam olmasının bariz nümunəsidir”, – deyə fikrini vurğulayan Anar Tağıyev onu da qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının azərbaycançılıq ideologiyasına sadiqliyi xalqın partiyaya  sevgisini günbəgün artırıb. YAP gündən-günə irəliləyən geniş bir partiyadır. Şərəfli keçmiş, şərəfli missiya, ölməz lider, istedadlı daşıyıcı. Bu baxımdan, ümummilli liderimiz Heydər Əliyevin «YAP sabahın partiyasıdır» kəlamının həyatiliyi və reallığı qarşısında baş əyməli olursan”, – deyən ŞİH Başçısı Anar Tağıyev çıxışına yekun vurdu.   

Tədbirin sonunda  Yeni Azərbaycan  Partiyası sıralarına yeni üzv qəbul edilən bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib. Partiyanın 27 illiyi münasibətilə YAP Yevlax  Rayon Təşkilatının  ictimai-siyasi  həyatında  fəal iştirakına görə  bir neçə partiya fəalı Fəxri Fərmanla təltif edilib.

Ramiz Həmidov,

Yevlaxda çıxan «Kür» qəzetinin “Tərəqqi” medallı əməkdaşı

Siyasət rubrikasından digər xəbərlər