Qətər nümayəndə heyəti ETSN-də olub

18:00 18.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 18-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl-Subaienin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.