Qəzetlərin çapı və yayımı ümumi qaydalara uyğun tənzimlənəcək - Əflatun Amaşov

13:59 27.03.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Hələlik Mətbuat Şurasına bayram tətili ilə əlaqədar rayonda olan jurnalistlərdən müraciət daxil olmayıb. Əgər onlar Bakıya gəlmək istəyərsə və bununla bağlı Mətbuat Şurasına müraciət edərlərsə, biz müvafiq  qurumlar qarşısında məsələ qaldıracağıq”. Bu fikirləri hafta.az-a açıqlamasında Mətbuat Şurasının sədri  Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, hazırda jurnalistlərin əksəriyyəti onlayn rejimdə işlədiyindən onların fəaliyyətində problem yoxdur: “Bir daha bildirirəm ki, əgər rayonda olub Bakıya gəlmək istəyən jurnalist varsa, onlara Mətbuat Şurasına müraciət edəcəyi təqdirdə, köməklik göstəriləcək. Bu məsələdə heç bir problem yoxdur”.

Qəzetlərin çapı və yayımı məsələsinə gəlincə isə, Ə.Amaşov deyib ki, KİV-in fəaliyyəti ümumi qaydalara uyğun olaraq tənzimlənəcək: “Ölkədə hələ ki, qeyri-iş günlərinin sayı uzadılıb. Rəsmi iş günlərinin başlamasına hələ ki, müəyyən vaxt var. Baxaq görək, bu müddət ərzində mövcud vəziyyətlə bağlı ümumi müzakirələrdə hansı qərarlar qəbul  olunacaq. Yəni, KİV-lər də fəaliyyətini  ümumi qaydalara uyğun olaraq davam etdirə bilərlər”.      

Oxunma sayı 177