Qırğızıstanda fövqəladə vəziyyət elan olunub

13:15 22.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirusla bağlı martın 22-dən Qırğızıstanda bir ay müddətinə fövqəladə vəziyyət elan olunub.

Hafta.az Qırğızıstan Nazirlər kabinetinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla bağlı qərar Baş Nazir Muxammedkalıy Abılqaziyevin keçirdiyi müşavirədə elan edilib.

Bu qərarla əlaqədar olaraq hökumətin qarşıısında paytaxtda və vilayətlərdə blokpöostların yaradılması, əhalinin ilkin tələbat malları və dərmanlarla fasiləsiz olaraq təmin olunması, ölkə daxilində aviareyslərin həyata keçirilməsi, ictimai nəqliyyatın, ərzaq mağazalarının və apteklərin işinin qaydaya salınması vəzifələri qoyulub.

Bildirilir ki, hər bir vəzifəli şəxs tabeliyindəki sahənin fasiləsiz işləməsi üçün şəxsən məsuliyyət daşıyacaq. Yerli özünüidarə orqanlarının rəhbərləri də ilk növbədə əhalinin ərzaqla təmin olunmasını həyata keçirməlidir. Xaricdən ərzaq gətirilməsi sahəsində heç bir problem yoxdur, buna görə də vətəndaşlar ərzaq və dərman qıtlığı ilə rastlaşmayacaqlar.

Xatırladırıq ki, hazırda Qırğızıstanda koronavirusa tutulanların sayı 14 nəfərdir.

Oxunma sayı 126