Qiyamçılar Mərkəzi Afrika Respublikasının paytaxtını mühasirəyə alıb

23:50 22.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Afrika Respublikasında üsyançı qruplaşmaların paytaxt Bangiyə hücumu ilə bağlı fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Hafta.az BBC News telekanalına istinadla xəbər verir ki, hökumət nümayəndəsinin sözlərinə görə, rejim 15 gün qüvvədə olacaq və hərbi qulluqçulara məhkəmə sanksiyaları olmadan həbslər aparmaq imkanı verəcək.

Ölkə ərazisinin təxminən üçdəiki hissəsinə nəzarət edən üsyançılar paytaxtı mühasirəyə alıb. Ordu və BMT-nin sülhməramlı qüvvələri bu hücumu dayandırmağa çalışırlar.

Qiyamçılar prezident Fosten-Arkanj Tuaderanın yenidən bu posta seçilməsinin qanuni olması ilə razılaşmırlar. Ölkə hakimiyyəti isə öz növbəsində zorakılığı qızışdırmaqda sabiq dövlət başçısı Fransua Bozizeni ittiham edir.

Oxunma sayı 197