Erməni kilsəsi Avstriya XİN-in təklifini müzakirə edib

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
ErmƏni Qriqoran kilsəsinin rəhbərliyi Avstriya Xarici İşlər Nazirliyinin Azərbaycan, Ermənistan və Gürcüstan ruhani liderlərinin görüşünü keçirmək təklifini müzakirə edib. “Tert.am“ın məlumatına görə, bu barədə Eçmiədzin kilsəsinin mətbuat xidməti məlumat yayıb. Müzakirənin nəticələri barədə məlumat verilmir. Qeyd edək ki, ötən ay Avstriyanın paytaxtı Vyanada din xadimlərinin iştirakı ilə baş tutmuş beynəlxalq konfransda hər üç Cənubi Qafqaz ölkəsinin ruhani xadimləri iştirak edib.



Vüsal