Qobustanda “Toyota” aşdı, ölən və yaralanan var

15:29 16.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qobustan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, sentyabrın 15-də saat 22 radələrində Qobustan şəhərinin ərazisində Bakı şəhər sakini Arif Alıyev idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, bir sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.