Qonaq getdiyi evdən 3100 manat oğurladı 

14:25 11.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Q.Hacıyev ötən il noyabrın 27-də evindən 3100 manat pulunun oğurlandığını bildirib. 

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və pulun həmin gün onun evində qonaq olmuş şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. 

 

29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki rayon sakini M.Əliquzuyev saxlanılmışdır. 

 

Araşdırma aparılır.