Qoşulmama Hərəkatı beynəlxalq münasibətləri tənzimləyən təsirli platformadır - Nazir müavini

13:19 22.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Artıq 158 ölkə və beynəlxalq təşkilat Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirak edəcəyini təsdiqləyib". Hafta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib.

Onun sözlərinə görə, onların sırasına həmçinin dövlət başçıları, nazirlər və böyük təşkilatların rəhbərləri daxildir: "Qoşulmama Hərəkatı beynəlxalq münasibətləri tənzimləyən təsirli platformadır. Onun əsas vəzifəsi beynəlxalq hüquq normaları əsasında sülh və təhlükəsizliyi təmin etmək və qorumaqdır", - nazir müavini vurğulayıb.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək. Oktybarın 23-24-də isə təşkilat ölkələrinin xarici işlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər. Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.

Siyasət rubrikasından digər xəbərlər