Quba və Şamaxıda quru ot və kol-kos yanır 

15:39 24.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə və Şamaxı rayonunun Meysəri kəndi yaxınlığındakı ərazidə quru ot və kol-kos yanması barədə məlumatlar daxil olub.

Hafta.az Nazirliyə istinadən bildirir ki, yanğınların söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb edilib.

Hazırda yanğının söndürülməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Əlavə məlumat veriləcək.