Qubada baş verən yol qəzasında iki nəfər ölüb

13:58 22.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 21-də saat 15 radələrində Quba rayonunun Rustov kəndi ərazisində kənd sakini C.Baxışov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmkəndlisi 5 yaşlı Renat Orucəliyevi vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, xəsarət alan R.Orucəliyevi qonşusu Emin Əzizov “VAZ-2107” markalı avtomobilində xəstəxanaya apararkən 1-ci Nügədi kəndi ərazisində idarə etdiyi nəqliyyat vasitəsini qarşıda gedən Xırdalan şəhər sakini E.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurmuş və E.Əzizovun avtomobili yolun kənarındakı maneəyə çırpılıb.

E.Əzizov və R.Orucəliyev hadisə yerində ölüblər.