Qubada ikimərtəbəli ev yanıb

10:28 17.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba rayonunun Alpan kəndində ikimərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, ümumi sahəsi 70 m² olan (hər mərtəbəsi 35 m², ikinci mərtəbəsi taxta konstruksiyalardan ibarət) ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 203