Qubada karantin rejimini pozan şəxs aşkarlanıb

19:40 04.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qubada karantin rejimini pozan şəxs aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan hafta.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir. Şöbə əməkdaşları inzibati ərazilərdə xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi İlkin Mirzəyev barəsində isə qanuna müvafiq qaydada tədbir görülüb.

Oxunma sayı 234
Sosial rubrikasından digər xəbərlər