Qubada külək beşmərtəbəli binanın damını avtomobillərin üzərinə uçurub - FOTO

17:57 17.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qubada güclü külək bir sıra fəsadlar törədib.

Hafta.az xəbər verir ki, rayonun Fətəlixan küçəsində beşmərtəbəli binanın damını külək uçurub. Binanın həyətində olan 5 avtomobilə ciddi ziyan dəyib.

Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Güclü külək, həmçinin şimal bölgəsində elektrik təsərrüfatına da ziyan vurub.