Qubada polis postu quruldu

10:39 20.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qubanın Dəlləkli kəndinin girişində polis postu qoyulub

Hafta.az-ın məlumatına görə, Dəlləkli kənd sakinləri bildirirlər ki, kəndin gün ərzində dörd yerində yanğınlar baş verib, onlara məxsus tayaları və tövlələri yandırıblar. Yanğından zərər çəkmiş şəxslər aşağıdakılardır: İslam Vəzirov, Hamza Çaxalov, İsmixan Qədirov və Maxsud Abasov.

Hadisə yerinə FHN-nin Quba Yanğından Mühafizə xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi gəlib. Bundan əlavə, hadisə yerinə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də baş çəkib. Yanğının qəsdən törədilməsi güman edilir.

Faktla bağlı araşdırma aparılır. (Report)

Oxunma sayı 2027