Qubada yanğın zamanı ev sahibi yanaraq ölüb

12:28 08.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba rayonunun Ördüc kəndində ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli ev yanıb.

Yanğın yerində ev sahibi, 1932-ci il təvəllüdlü Qeyibov Səfərəli Hacəli oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Ördüc kəndi rayon mərkəzindən 60 kilometr aralı, mürəkkəb relyefli dağlıq ərazidə yerləşir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxunma sayı 701