Quldurluq edən şəxs ələ keçdi

13:54 14.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədi rayonunda quldurluq edən şəxs saxlanılıb.

Hafta.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat verir ki, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini C.Əliyev yanvarın 13-də saat 15 radələrində S.Məmmədova küçəsində 1 nəfərin onu bıçaqla hədələyərək pulunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Vahim İsmayılov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Oxunma sayı 138