Qurbanlıq qoçların satış qiyməti: 160-180 arası-FOTOLAR

11:51 12.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt
Bu gün Qurban bayramıdır. Bayram namazından sonra insanlar qurbanlıq qoyunların satışı nöqtələrinə yaxınlaşaraq kəsəcəkləri heyvanları almağa başlayıblar.
 
Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, Bakının Yasamal və Binəqədi rayonu ərazilərindəki satış nöqtələrində daha böyük canlanma hökm sürür. Kənd Təsərrüfatı Nazirliyinin "Kənddən şəhərə" yarmarkasında qiymətlər daha ucuzdur. 180, 170 və 160 manat... 30 kilogramdan artıq qurbanlıq qoçun maksimum qiyməti 180 manatdır. Əgər 12-13 kiloqramlıq qurbanlıq erkək toğlu almaq istəyirsinizsə, o zaman Allah yolunda 160 manatınızdan keçməli olacaqsınız. Ki, keçənlərin də sayı yüzlərlədir.
 
Sadə insanlarla söhbətləşirik. Əksər insanlar qiymətdən razıdır. Ciblərə uyğundur. Belə deyirlər. Alıcı Akif Bədirov deyib ki, Yasamal rayonu ərazisində 5-6 nöqtədə olub, qurbanlıq qoçların satıldığı "xalxallara" baş çəkib. Amma ən ucuz məkan "Kənddən şəhərə" yarmarkasıdır: "Əla təşəbbüsdür. Alqışlayıram. Qiymətlər arasında 30-40 manat fərq var. Bura daha ucuzdur. Ona görə də yarmarkaya gəldim". Onu da qeyd edək ki, layihə çərçivəsində əyalətlərdən Bakıya təxminən 20 min qoç gətirilib.
 
Binəqədi ərazisində İmişli, Bərdə, Ağcabədi, Beyləqan rayonlarından gəlmiş fermerlər orta hesabla adama 40-50 qoyun gətirdiklərini söyləyirlər. Alıcı qıtlığından narazı deyillər. Çünki sifarişə uyğun heyvan gərirdiklərini deyirlər. Üstəlik, əvvəlki illərdən qazandıqları müştərilər də var. Burada maksimal qiyamət 200-220 manatdır. O da çəkiyə görədir. Satıcılar deyir ki, iki nəfərə bir qoyun alan da var, bir nəfərin 10-12 heyvanın qiymətini ödədiyi də... Bayramınız mübarək olsun! Allah kəsdiyiniz qurbanları qəbul etsin.
Sosial rubrikasından digər xəbərlər