Qurultayı koronavirusa görə təxirə saldıq - Hafiz Hacıyev

10:43 29.03.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Bu ilin mayına Müasir Müsavat Partiyasının qurultayını keçirmək nəzərdə tutulmuşdu. Koronavirusla bağlı qurultayımızı təxirə salası olduq".

Bunu hafta.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib. MMP sədri bildirib ki, partiyanın qurultayı payıza qədər təxirə salınıb:

"Çox güman ki, qurultayımız sentyabr-oktyabr ayında keçiriləcək. Hazırda bütün görüşlərimizi telefon vasitəsi ilə həyata keçirik. Partiya üzvlərimizlə bu cür əlaqə saxlayırıq. Mənim iki müavinim 65 yaşını keçib. Onlar evdən çıxa bilmir. Tez -tez əlaqə saxlayıram ki, nəyəsə ehtiyacları varmı?! Əlimizdən gələni edirik ki, evdən çıxa bilməyən partiya üzvlərimizə kömək edək".

Siyasət rubrikasından digər xəbərlər