Qusarda "Sosial şəbəkələrdə milli maraqların qorunmasına dair təşəbbüslər" sosial marketinq layihəsi icra olundu

11:38 25.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Sosial şəbəkələrdə milli maraqların qorunmasına dair təşəbbüslər" sosial marketinq layihəsini plana uyğun olaraq Qusar rayonunda icra etmişdir.

Hafta.az xəbər verir ki, Layihə sosial şəbəkələrdə milli problemlərə məsuliyyətsiz yanaşan, dövlətə dəyəcək ziyanları dərk etməyən istifadəçilərin davranışlarının dəyişdirilməsindən bəhs edir.Layihənin əsas məqsədi sosial şəbəkələrdə milli problemləri hər zaman diqqətdə saxlayan onların tanıdılmasını həyata keçirən və ictimai maraqlara həssas yanaşan şəbəkə istifadəçilərinin çoxalmasına nail olmaqdır.

Layihənin rəhbəri Sənan Yəhya qeyd etdi ki, dünyada internet üzərində formalaşdırılan sosial şəbəkələr kiber silaha çevrilmişdir. Buna səbəb sosial şəbəkələrin sərhədsiz informasiya məkanına çevrilməsi problemləridir: “Azərbaycan Respublikasında sosial şəbəkələrdən daha çox ünsiyyət vasitəsi kimi istifadə olunduğu müşahidə edilir. Milli maraqların qorunması sahəsində bəzi vətəndaşların mövqeyi mədəni dəyərlərin tapdalanması ilə ifadə olunur.

Hazırda cəmiyyətin bütün sahələrinin inkişafı internetin artmaqda olan intelektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə bağlıdır. Lakin internet üzərində formalaşdırılmış sosial şəbəkələr (Facebook, Twitter, LinkedIn, Google, Ok, Instagram və s) informasiya mübadiləsinin ən əsas məsələlərdən biridir. Lakin bu sahədə məsuliyyətsiz vətəndaşlar milli maraqlara xidmət etməyən informasiyaların yayılması və ya milli maraqların təhrif olunması problemləri formalaşdırırlar”.

Qeyd olunub ki, dünyada internet üzərində formalaşdırılan sosial şəbəkələr kiber silaha çevrilmişdir. Buna səbəb sosial şəbəkələrin sərhədsiz informasiya məkanına çevrilməsi problemləridir. Azərbaycan Respublikasında sosial şəbəkələrdən daha çox ünsiyyət vasitəsi kimi istifadə olunduğu müşahidə edilir. Milli maraqların qorunması sahəsində bəzi vətəndaşların mövqeyi mədəni dəyərlərin tapdalanması ilə ifadə olunur.

Azərbaycanda informasiya azadlığı tam təmin olunub. Azad informasiya cəmiyyətinin yaranmasında Ulu Öndər Heydər Əliyevin böyük uğurlu siyasətinin nəticəsidir. Bu gün bu siyasəti Cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Dünyanın bəzi ölkələrində sosial şəbəkələr bağlanılsada, nəzar senzuralar tətbiq edilsədə Azərbaycan Respublikasında sosial şəbəkələrin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmamışdır. Lakin bəzi vətəndaşlarımız yaradılmış azad informasiya cəmiyyətindən sui-istifadə edərək milli maralara zid davranışlar sərgiləyirlər. Dövlət və hakimiyyət əlehiyə əsassiz bohtan xarakterli emal olunmamış məlumatları informasiya kimi sosial şəbəkələrdə paylaşırlar.

Dövlətimizin təhlükəsizliyi milli maraqların təməlidir. Milli maraqların birinci qorucusu Cənab prezident İlham Əliyevdir. Cənab preziden Azərbaycan Respublikasının ərazi bütövlüyü hec zaman müzakirə mövzusu olmadığını və Dağlıq qarabağda ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcəyini bəyan edərək Ulu öndər Heydər Əliyev təfəkkürünə sadiq qalmışdır. Sənan Yəhya qeyd edərərək bildirdiki Prezident dövlətin atributlarından biri olduğunu nəzərə alaraq milli maralarimizin qorunması iqtiqamətində Cənab Prezident İlham Əliyevin ətrafinda sıx birləşməyimizi iştirakılara zəruri olduğunu bildirdi.  Cüki Azərbaycan xalqı 1991 –ci ildə siyasi birliyin olmamasi səbəbi ilə Erməni işğalına məruz qalaraq milli maraqlarının qorunması sahəsində bugundək beynəlxalq müstıvidə ikili standartlarla üzləşir. 

 Sonda Sənan Yəhya bəyan etdi ki, Erməni işğalna qarşı ən güclü mübarizə metodlarından biri Sosial şəbəkələrdə tarixi faktlarla ermənistan dövlətinə qarşı mübarizədir.