Qvardioladan rekord göstərici

19:15 27.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Mançester Siti" Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Real Madrid"i məğlub edib.

Hafta.az xəbər verir ki, 2:1 hesabıyla bitən görüş "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola üçün rekordla əlamətdar olub. Belə ki, Madriddəki zəfər ispan mütəxəssisin Çempionlar Liqasının pley-offlarındakı 28-ci qələbəsi olub.

Qvardiola bununla da, Çempionlar Liqası tarixində pley-off mərhələlərində ən çox qələbə qazanan məşqçi olub. 49 yaşlı mütəxəssis bu göstəricidə Joze Mourinyo, Karlo Ançelotti və Aleks Ferqyusonu geridə qoyub.