“Doğruhaber“dən Azərbaycana qarşı qərəzli iddia

15:15 18.10.2011
Yazını böyüt
Yazını kiçilt
Türkiyədə fəaliyyət göstərən islam meyilli saytlardan olan “Doğruhaber“ Azərbaycana qarşı növbəti qərəzli yazı dərc edib. Saytın xəbərinə görə, guya islami dəyərlərə qarşı savaşan Azərbaycan hökuməti baş örtüyünü tələb edən dindarlara qarşı repressiya həyata keçirib və nəticədə 240 mömini həbs edib. Sayt hətta belə bir iddia irəli sürür ki, “heç bir günahı olmayan və yalnız dinə sevgisinə görə həbs olunmuş İslam Partiyasının sədri Möhsün Səmədov və əlavə 5 partiyadaşına ümumi olaraq 65 il iş kəsilib“. Sayt onu da iddia edir ki, guya Azərbaycanda islamçıların göz açmasına məhz İsrail dövlətinin Bakıya təzyiqləri imkan vermir.

Vüsal
Oxunma sayı 104