Ramanadakı yanğın söndürülüb - FHN-VİDEO-YENİLƏNİB

12:48 06.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ramana qəsəbəsində baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində ümumi sahəsi 40 m² olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 120 m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyüyün yanar konstruksiyaları və ümumi sahəsi 110 m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 2031